AZ

ABŞ ın fəaliyyətsizliyi Putinə hərbi canavarı qidalandırmağa kömək edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ, Donald Trampın Ağ Evə qayıdışından bəri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməyib. Bəzi hallarda Vaşinqton hətta məhdudiyyətləri yumşaldıb.

Bizimyol.info xəbər "The New York Times" nəşri yazır ki, nəticədə yeni saxta şirkətlərin Rusiyaya maliyyə və mühüm komponentlər, o cümlədən kompüter çipləri və hərbi avadanlıq göndərməsi üçün şərait yaranıb.

"Trampın iqtisadi siyasət yanaşması təzyiq göstərmək, təsir gücləri əldə etmək və ən yaxşı şərtlər əldə etməyə çalışmaqdan ibarətdir. Amma nədənsə Rusiyaya qarşı heç bir təsir gücü qurmaq istəmir," - deyə Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Edvard Fişman bildirib.

Analitiklər hesab edirlər ki, yeni sanksiyalar olmadan mövcud məhdudiyyətlər öz təsirini itirəcək. Ticarət hesabatlarının, onlayn siyahıların və korporativ sənədlərin analizi nəticəsində Çində və Honq Konqda 130-dan çox şirkət aşkar edilib ki, onlar Rusiyaya kompüter çiplərini dərhal satmaq təklif edir. Bu şirkətlərdən heç biri sanksiyaya məruz qalmayıb.

ABŞ-ın sanksiyalarla bağlı mövqeyindəki kəskin dəyişiklik, Trampın Rusiyaya yanaşmasının əksidir. Tramp, döyüşlərin şiddətlənməsinə baxmayaraq, müdaxilədən çəkinir.

Rusiya resursları tükənir və iqtisadiyyatı resessiya həddinə çatır. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, artıq iqtisadiyyatın yeni inkişaf modeli barədə düşünmək vaxtıdır. Eyni zamanda, İqtisadi İnkişaf Nazirinin müavini Maksim Reşetnikov Rusiya iqtisadiyyatının resessiyaya doğru irəlilədiyini qeyd edib.

Bununla yanaşı, rus bankçılıq rəsmiləri ölkə iqtisadiyyatının gələcəyinin pisləşdiyini hesab edirlər. Önümüzdəki 12 ay ərzində bank kollapsı riski realdır.

Bundan əlavə, iyun ayında Rusiyanın emal sənayesi son üç ildə ən sürətli tənəzzülü yaşayıb, istehsal həcmləri, yeni sifarişlər və məşğulluq düşüb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
icma.az

10Mənbələr