Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. “Bundan, sadəcə, qazanc götürmək istəyənlər çoxdur, amma yanmaqdan özlərini qorusunlar. Çünki düşünürəm ki, bizim üçün, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Mariya Zaxarova vurğulayıb.
Moskva kənar qüvvələri ittiham edir | VİDEO
Yeri gəlmişkən, Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin dirketor müavini Dmitri Masyuk da iki ölkə arasında münasibətlərin pisləşməsini kənar qüvvələrin maraqları ilə əlaqələndirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa isə, “News.ru” nəşrinə müsahibəsində Moskvanın Azərbaycanla çoxlarının məhv etməyə çalışdığı dostluq münasibətlərini saxlamağın yollarını tapacağını vurğulayıb. Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. İlkin məlumata görə, onların ölümləri döyülmə və mümkün işgəncələr nəticəsində baş verib. Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğu cinayət işi açıb. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.