AZ

Ağ Evin keçmiş rəhbəri Klain Baydenin səhhəti ilə bağlı ifadə verəcək

ain.az, Dogru.az saytına istinadən bildirir.

Ağ Evin keçmiş aparat rəhbəri Ron Klain ABŞ-ın sabiq prezidenti Co Baydenin koqnitiv sağlamlığı ilə bağlı aparılan təhqiqat çərçivəsində ifadə verməyə razılaşıb.

Doğru.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məlumata görə, Klainlə yanaşı, keçmiş prezidentin müşaviri Stiv Riçetti, baş məsləhətçilər Mayk Donilon və Anita Dann, həmçinin aparat rəhbərinin keçmiş müavini Bruce Reed də ifadə verməyə razılıq verib.

RİA Novosti yazır ki, dinləmələr müxtəlif tarixlərdə keçiriləcək və iyulun 24-dən başlayaraq avqustun 7-də yekunlaşacaq.

Xatırladaq ki, iyunun 18-də ABŞ Senatında Baydenin koqnitiv sağlamlığı ilə bağlı ilk ictimai dinləmə baş tutub.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
50
dogru.az

10Mənbələr