Şuşa. Trend:
İƏT Baş katibinin Şuşa Biznes Forumunun platforma kimi genişistifadə olunması ilə bağlı fikirləri bizim üçün çox önəmlidir.
Trend-inŞuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanİxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçıdirektoru Yusif Abdullayev Şuşada keçirilən İqtisadi ƏməkdaşlıqTəşkilatının (İƏT) Biznes Forumu çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.
İcraçı direktoe bildirib ki, bu platforma daha geniş imkanlarnöqteyi-nəzərindən istifadə oluna bilər:
“2025-ci ildə İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmiz 1,5milyard dollar olub. Son 30 ildə İƏT ölkələrindən Azərbaycanayatırılan investisiyaların həcmi 5 milyard dollardır. Düşünürük ki,potensial bundan çoxdur. Biz bu barədə iştirakçılara detallıməlumatlar vermişik”.
O əlavə edib ki, İƏT Baş katibinin təklif etdiyi yeni yolxəritəsinin hazırlanması ticarət təşviqi agentlikləri və bu sahədəfəaliyyət göstərən qurumların potensialının üzə çıxarılması iləbağlıdır:
“Bu gün dünya ticarətinin əsas qollarından biri olan logistikahəddən artıq bahalaşır. Yeni çağırışlara hazır olmalıyıq.Hazırlayacağımız tədbirlər planında üzv ölkələrin ticarətpalatalarının müzakirələri zamanı ən əsas komponentlərdən birilogistika problemlərinin həlli olmalıdır”.
Y.Abdullayevin sözlərinə görə, bu gün Şuşada İƏT üzvlərindən100-dən çox sahibkar iştirak edir.
“Fikirlər səsləndirildi ki, İƏT üzvləri Qarabağda aparılanlayihələrdə fəal iştirak etsinlər.
Bu günədək Qarabağda iş görmək istəyən yerli və xaricişirkətlərdən 4 minədək müraciət daxil olub. İƏT çərçivəsində buimkanları dəyərləndirib müraciətlərin sayını artırmaq istəyirik”, -deyə o fikrini tamamlayıb.