AZ

Naftalanda 2 İyul-Azərbaycan Polisi Günü qeyd edilib

Tədbirdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov, Şəhər Məhkəməsinin sədri Ayaz Səlimov, polis əməkdaşları, veteran polislər iştirak edib.


Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, xatirəsi ehtiramla anılmışdır.


Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxış edənlər Azərbaycan polisinin keçdiyi şərəfli və zəngin inkişaf yoluna nəzər salaraq bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızda bütün sahələr kimi, daxili işlər orqanlarının fəaliyyəti də daim xüsusi diqqət və qayğı ilə əhatə olunub. Məhz Ulu Öndərin imzaladığı müvafiq Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü kimi təsis olunub. Bu mühüm qərar, eyni zamanda, Ulu Öndərin Azərbaycan Polisinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Ölkəmizdə ictimai asayişin və daxili sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və hüquq-mühafizə sisteminin möhkəmləndirilməsində Azərbaycan polisinin müstəsna xidmətlərini xüsusi vurğulanıb. Polis əməkdaşlarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın və ictimai sabitliyin yüksək səviyyədə təmin olunmasında Daxili İşlər Orqanlarının rolundan danışıblar.
Sonda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.


Xidmətdə fərqlənən şəhər Polis şöbəsinin bir qrup əməkdaşı ŞİH-nin başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunublar. 

Fotoları təqdim edirik
Tarix: 2 İyul 2025, 13:20   
Seçilən
19
pravda.az

1Mənbələr