AZ

Sarksiyana rüşvət alma və qanunsuz sahibkarlıqda iştirak ittihamı irəli sürüldü

Ermənistanın keçmiş prezidenti Serj Sarksiyana qarşı rüşvət alma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.

Musavat.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, ilkin istintaqı Ermənistanın Antikorrupsiya Komitəsi aparır.

İstintaq müəyyən edib ki, Sarksiyan 2000–2018-ci illər ərzində müdafiə naziri, baş nazir və prezident vəzifələrində çalışdığı dövrdə vəzifəsindən sui-istifadə edərək, etibarlı şəxsləri vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlar yaradıb və onların idarə olunmasında iştirak edib.

Antikorrupsiya Komitəsi hazırda iş üzrə əlavə araşdırmalar aparır və məsələnin hüquqi qiymətləndirilməsi davam etdirilir.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr