AZ

Paşinyan Karapetyanın işçilərini hədələyib | VİDEO

AzVision.az erməni mediasına istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 65, əleyhinə 30 səs səs verib. Bitərəf qalan olmayıb.

Sənədə əsasən, Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası araşdırma aparacağı halda şirkətin fəaliyyətində ciddi pozuntular aşkarlasa şirkətin rəhbərliyini dəyişə bilər. Bu halda komissiya müvəqqəti menecer dəvət etməklə şəbəkə sahiblərini müvəqqəti olaraq idarəetmədən kənarlaşdırmaq hüququna malikdir.

Kazinyan: “Paşinyanla sövdələşmə olmayacaq”
Ermənistanın baş naziri Nikol Paşinyan, öz növbəsində, EEŞ-in sahibi, biznesmen Samvel Karapetyanın həbsi fonunda şirkətin əməkdaşlarını işdən çıxarmaqla və onları siyasi fəaliyyətə görə məhkəməyə verməklə hədələyib.

“Şirkətin işini buraxıb siyasi intriqalarla məşğul olan əməkdaşları iyul ayında işdən çıxarılacaq. Qurumun əməkdaşlarını iclaslarda iştiraka məcbur edənlər məhkəmə qarşısına çıxarılacaq”,- Paşinyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, şirkətin əmək vəzifələrini yerinə yetirməkdə davam edən əməkdaşları sanksiyalara məruz qalmayacaq, sözügedən görüşlərdə iştirak etmək istəmədiklərinə görə işdən çıxarılanlar isə iyulda işə bərpa olunacaq və ödənilməmiş maaşları ödəniləcək.

Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. Bundan əvvəl o, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi (EAK) arasında yaşanan gərginlikdə erməni ruhaniliyini dəsytəkləyib ki, bu da baş Nazir Nikol Paşinyanı qəzəbləndirib.

Barəsində cinayət işi açılmış Samvel Karapetyan məhkəmənin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbirinə məruz qalıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
16
azvision.az

10Mənbələr