AZ

Məşhurlar Rusiyada azərbaycanlılara qarşı təzyiqi qınadılar

Hazırda Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən şovinist, diskriminasiya siyasəti ölkəmizdə böyük qəzəb və hiddətə səbəb olub. Yekaterinburqda 5 azərbaycanlının OMON tərəfindən qətlə yetirilməsi qəbul edilməzdir və heç vaxt da qəbul edilməyəcək. Qonşu ölkədə azərbaycanlılara qarşı edilən bu qəddarlıq adi vətəndaşlarla yanaşı, məşhurların da etirazına səbəb olub. Onlar açıqlamalar yayaraq Ruisyanın ölkəmizə qarşı olan yeni siyasətini qətiyyətlə pisləyiblər.

Far.Az sözügedən azərbaycanlı məşhurların sözügedən açıqlamalarını təqdim edir:

Xalq artisti Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı Far.Az-ə açıqlamasında məsələyə həssaslıqla yanaşılmalı olduğunu vurğulayıb. Aktrisa bunun Rusiyada yaşayan azəarbaycanlıların təhlükəsizliyi üçün edilməli olduğunu diqqətə çatdırıb:

"Bu çox incə mövzudur. O səbəbdən bu mövzunun dərinliyinə getmək lazımdır. Bunlar niyə baş verdi? Necə oldu? Bir OMON qrupuna görə bütün Ruisyanı və Azərbaycan xalqını günahlandırmaq olmaz. Bilirsiniz ki, bizim azərbaycanlıların böyük əksəriyyəti Rusiyada çörək qazanır. Ailəsi ilə orada yaşayır. Rusiyada 40-50-60 il yaşayan azərbaycanlılarımız var. Onların oğlu, qızı, nəvələri illərdir oarada yaşayırlar. Bu səbəbdən bu mövzuya həssaslıqla yanaşmaq lazımdır". 

Xalq artisti Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva da Rusiyada azərbaycanlıların qətlə yetriliməsini qınayıb.

O bildirib ki, cinayətkarlar qanun qarşısında cavab verməlidir:

"Yekaterinburq şəhərində Azərbaycanlı ailəsinə qarşı törədilən vandalizm, vəhşilik elə cinayətin özüdür. Cinayət axtarışı adı altında edilən bu məqsədyönlü əməl ağlasığmazdır. Hər birimiz böyük sarsıntı içərisindəyik. Həlak olanlarımıza Allahdan rəhmət diləyirəm, Səfərovlar ailəsinə baş sağlığı verirəm. Bir vətəndaş kimi əlbəttə ki, bu əməli çox pisliyirəm. Cinayətkarlar qanun qarşısında cavab versinlər. Son dövrlərdə təyyarəmizin vurulması və bu hadisə bir daha bizə qonşumuzun dırnaq içərisində bizə olan mübasibətini göstərir. Təəssüf ki, biz qonşunu dəyişə bilmirik, amma dəyişəcəyimiz bir çox şey var. Ölkəmizdə çox sayda xalqlar, milliyyətlər yaşıyır. Biz hər birinə böyük sevgi, mərhəmət, hörmət və sayğı ilə yanaşırıq. Amma ilk növbədə özümüzü tutmalıyıq. Dilimizi, incəsənətimizi, mədəniiyətimizi ən öndə tutaq. Bir-birimizi daha çox sevək"

Müğənni və bəstəkar Murad Arif 

Müğənni və bəstəkar Murad Arif isə iki ölkə aarsında yaşananlar fonunda Rusiya kanallarını boykot etməyə çağırıb. O bu barədə sosial şəbəkədə açıqlama yayıb:

"Azərbaycan ərazisində yayımlanan bütün KABEL TV-lərə səslənirəm! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq".

Müğənni Nura Suri 

Müğənni Nura Suri də məsələyə biganə qalmayıb. O feysbukda status yazaraq Rusiyada yaşayan azərbaycanlılara görə narahatlığını ifadə edib:

Belə bir dünyada yaşamaq məni sarsıdır və qorxudur. İnsanlar çox qəddarlaşıb. Rusiyada yaşayan azərbaycanlılara görə narahatam. Müharibələrdən bezmişəm. Dünyanın bəzi ölkələri su qıtlığından əziyyət çəkir. Çox absurd bir dünyada yaşayırıq. Ədalət sözü yalnız yazılan kitablarda söz olaraq qalır və başqa heç bir məna kəsb etmir artıq".

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərovdur. İyunun 29-da keçirilən məhkəmədə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.

Bu gün isə Yekaterinburqun Leninski Rayon Məhkəməsi OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı - Şahin Lalayev barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Seçilən
20
2
far.az

4Mənbələr