AZ

Serj Sarqsyan həbs təhlükəsiylə üzləşib

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyana qarşı rüşvət alma və sahibkarlıqda qanunsuz fəaliyyət ittihamı irəli sürülüb.

Mia.az Report-a istinadla xəbər verir ki, ilkin istintaqı Ermənistanın Antikorrupsiya Komitəsi aparır. İstintaq müəyyən edib ki, Sarqsyan 2000-2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir və prezidenti vəzifələrində olarkən, etibar etdiyi şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlar yaratmaq və kommersiya təşkilatlarının idarə edilməsində iştirak etmək üçün vəzifə səlahiyyətlərindən istifadə edib.

Seçilən
18
mia.az

1Mənbələr