AZ

Hərbi vertolyot qəzaya uğradı

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, Somalidə Uqandanın hərbi vertolyotu qəzaya uğrayıb. Vertolyotun göyərtəsində 8 nəfər heyət üzvü olub. Qəza Moqadişodakı Aden-Adda beynəlxalq aeroportunda baş verib.

BBC kanalının məlumatına görə, aeroport əməkdaşlarından biri hadisə ilə bağlı bunları söyləyib: "Partlayış səsi eşitdik, vertolyotun üzərində alov və tüstü gördük. Tüstü vertolyotu tamamilə bürümüşdü".

Mənbənin məlumatına görə, yanğın tez bir zamanda xilasedicilər tərəfindən söndürülüb.

Qəzanın səbəbləri və qurbanların sayı dəqiqləşdirilməyib.

Hürr Tərcüman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
hurriyyet.az

2Mənbələr