Yay aylarında havanın isti olması, gigiyenik qaydalara diqqətsizlik və düzgün saxlanılmayan qidalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Bəs yay aylarında ən çox hansı qidalar zəhərlənmələrə səbəb olur?
Mövzu ilə bağlı toksikoloq Azər Maqsudov Operativ Media-ya açıqlama verib:
O, bildirib ki, yay aylarında ən çox təhlükə yaradan konservləşdirilmiş qida məhsulları və mayonez tərkibli salatlardır:
"Onlar 4-6 saatdan artıq soyuducuda saxlanmamalıdır. Bu cür qidalar çox saxlanıldıqda qida infeksiyasına səbəb olur".
Yay aylarında zəhərlənmələrin qarşısını almaq üçün nə etməliyik?
Qidaların düzgün saxlanması:
-
Tez xarab olan məhsulları (ət, süd, yumurta, dəniz məhsulları və s.) soyuducuda saxlayın.
-
Hazır yeməkləri uzun müddət otaq temperaturunda saxlamayın.
-
Çöldə keçirilən tədbirlərdə qidaları istilikdən qorumaq üçün termal çantalar və ya buz paketlərindən istifadə edin.
Təhlükəli qidaları diqqətlə seçmək:
-
Küçə satıcılarından və gigiyenik şəraitə şübhə doğuran yerlərdən qida almayın.
-
Son istifadə tarixinə baxmadan heç bir qablaşdırılmış məhsulu almayın.
-
Çiy və bişmiş məhsulları bir-birindən ayrı saxlayın.
Yeməklərin düzgün hazırlanması:
-
Əti, balığı və toyuq məhsullarını tam bişirin.
-
Tərəvəz və meyvələri bol su ilə yaxşıca yuyun.
-
Əlləri yeməkdən əvvəl və sonra sabunla yuyun.
Su mənbəyinə diqqət edin:
-
Təmiz və etibarlı su istifadə edin.
-
Şübhəli suları qaynadaraq istifadə etmək daha təhlükəsizdir.
-
Çöldə olduğunuz zaman butulka suyu içməyə üstünlük verin.
Qalıq yeməklərlə ehtiyatlı olun:
-
Soyuducuda 2-3 gündən çox saxlanılan yeməkləri yeməyin.
-
Qızdırılacaq yeməkləri tam isitmədən qəbul etməyin.
Şəxsi gigiyenaya riayət edin:
-
Əlləri tez-tez və düzgün yumaq lazımdır.
-
Uşaqlara da gigiyenik davranışları öyrətmək vacibdir.
Bütün bu qaydalara riayət edərək yayda qida zəhərlənmələrinin qarşısını almaq mümkündür.