Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğursuzluğu səbəbindən Rusiya Odessa və Xarkov istiqamətində hücuma keçə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat dərc edib.
"Siyahıda növbəti yer Odessa və Xarkov olacaq, onun miqyası və sonu yalnız Kremlin məqbul qiymətə mümkün hesab etdiyi şeylərlə müəyyən ediləcək”, - nəşr qeyd edib.
Materialın müəllifinin sözlərinə görə, hazırda Ukrayna kritik vəziyyətdədir.