AZ

Acun ilk dəfə hakim qarşısına çıxdı: Aylıq gəlirini açıqladı

Türkiyənin tanınmış televiziya prodüseri və media maqnatı Acun Ilıcalı ilk dəfə məhkəmə qarşısına çıxıb. O, qanunsuz mərc reklamları ilə bağlı cinayət işi çərçivəsində İstanbul Çağlayan Məhkəməsində ifadə verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ilıcalı ifadəsində aylıq gəlirinin 5 milyon lirə olduğunu açıqlayıb.

O, ittihamlarla razılaşmadığını bildirib: “Niyə burada olduğumu hələ də anlaya bilmirəm.”

İddialara görə, Avropa yayım hüquqlarına malik olan “Exxen” platformasında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklamları yer alıb. Ilıcalı isə bildirib ki, bu görüntülər UEFA-dan satın alınmış yayımlardır və həmin reklamları dəyişmək və ya müdaxilə etmək mümkün deyil.

Seçilən
26
25
publika.az

10Mənbələr