AZ

Azərbaycanlı şirkət direktoru Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyanın avtomobil sənayesində daha bir geriləmə müşahidə olunur. 

Avtosfer.az xəbər verir ki, may ayında federasiyada 35 000 ədəd minik avtomobili istehsal edilib. Bu da illik əsasda 20 faiz, aylıq əsasda isə 50 faiz azdır.

Yük avtomobilləri ilə bağlı da vəziyyət ürəkaçan deyil. May ayında 8900 ədəd yük avtomobili, və cəmi 718 ədəd avtobus istehsal edilib. Bu da müvafiq olaraq 20 və 37 faiz azalma deməkdir.

Hesabat dövründə mühərrik istehsalı demək olar dəyişməyib - 16 000 ədəd.

Ötən ay hökumət avtomobil sənayesini dirçəltmək üçün 350 milyard dollar (təxminən 7,6 milyard manat) investisiya ayırıb. Son 3 ayın göstəriciləri isə bu vəsaitin havaya getdiyini göstərir.

Vüqar Yaşaroğlu

Seçilən
32
27
avtosfer.az

10Mənbələr