Olaylar.az xəbər verir ki, bu barədə parlamentdəki "Şərəfim var" fraksiyasının rəhbəri Hayk Mamidjanyan bildirib. Onun sözlərinə görə, Sarkisyanın Katolikosla ünsiyyətdə olması qeyri-adi bir hal deyil ki, bu, ayrıca ictimaiyyətə açıqlansın.
Qeyd edək ki, Ermənistanda hökumət və Erməni Apostol Kilsəsi arasında gərginlik baş nazir Nikol Paşinyanın sosial şəbəkədə yaydığı sərt ifadələr və yüksək rütbəli ruhanilərə yönəlmiş ittihamlarından sonra daha da dərinləşib. Paşinyan daha sonra bütün ermənilərin Katolikosunun seçilməsi qaydasını dəyişməyi təklif edib və bu prosesdə dövlətin həlledici rol oynamasını gündəmə gətirib.
İyunun 26-da İrəvanda arxiyepiskop Baqrat Qalstanyan "hakimiyyəti zorla ələ keçirməyə cəhd" ittihamı ilə həbs olunub. İyunun 28-də isə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapahyan "hakimiyyəti devirməyə və konstitusiya quruluşunu dəyişməyə çağırış" ittihamı ilə həbs edilib.