AzVision.az xəbər verir ki, “Rossiya-24” telekanalının efirində bu məqama toxunan Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko NATO blokunun xərclərinin iki hissəyə: birbaşa hərbi xərclər (3,5%) və digər xərclər (1,5%) bölündüyünü deyib.
Onun fikrincə, bu cür sistem çərçivəsində hərbi xərclərə “istənilən maddəni” şamil etmək olar.
“Tutaq ki, yol təmir etdiniz, buy olla minaatan keçirdiniz, deməli ikili infrastruktur deməkdir. Elektrik, dəmir yolu, təchizat marşrutları. Prinsipcə, istədiyiniz hər şey”,- rusiyalı diplomat deyib.
Qruşko bildirib ki, Şimali Atlantika Alyansı ölkələrinin hərbi büdcələrinin cəmi hazırda Rusiyanın hərbi büdcəsini 10 dəfə üstələyir. Buna baxmayaraq, NATO dövlətləri Rusiyadan qorxmaqda davam edir və ona təcavüzkar niyyətlər şamil edirlər.
Rusiya XİN-in rəhbərinin müavini, eyni zamanda,Avropa İttifaqının (Aİ) dinc layihədən əslində çox aqressiv hərbi bloka bənzəyən birliyə çevrildiyini iddia edib. Onun sözlərinə görə, söhbət təkcə Aİ ölkələrində hərbi-sənaye kompleksinin inkişafından deyil, həm də fəlsəfi, ideoloji mənadan gedir.
- Bu, ideologiyadır və bizi çox narahat edir, çünki biz həqiqətən də Rusiyaya qarşı aqressiv niyyətlər güdən yeni hərbi təşkilatla qarşılaşmalı olacağıq. Avropalılar şəkildə öz hərbi strategiyalarını, hərbi tikintilərini qururlar və bizim üçün birbaşa təhlükə yaradan hərbi potensialları inkişaf etdirirlər. Buna qarşı özümüzü müdafiə etməliyik və edəcəyik”,- rusiyalı diplomat vurğulayıb.
Aleksandr Qruşko əmin edib ki, Moskva artıq lazımi tədbirləri görür, xüsusən də NATO-nun Baltik dənizindəki hərəkətləri fonunda. Çünki bu region kəskin hərbi rəqabət zonasına çevrilib və bu, çox təhlükəli haldır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta