AZ

Müharibə təhlükəsi fonunda Aİ ehtiyatlar toplayır | VİDEO

AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) layihə sənədinə istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.

Bundan əlavə, enerji və müdafiə sənayesi üçün nadir torpaq metallarının, daimi maqnitlərin və digər mühüm komponentlərin ehtiyatlarının artırılmasına xüsusi diqqət yetiriləcək.

“Bu təşəbbüsün əsas məqsədi tədarükün kəsilməsinə operativ reaksiya vermək və Aİ ölkələrinin xarici təhlükələrə qarşı dayanıqlığını artırmaqdır”,- qəzet yazır.

Xatırladaq ki, iyunun sonunda AK-nin Müdafiə məsələləri üzrə komissarı Andryus Kubilius Rusiyaya qarşı durmaq üçün Aİ-nin ən azı üç milyon PUA-ya malik olması zərurətini açıqlayıb.

Onun sözlərinə görə, hazırda Rusiyanın təxminən beş milyon pilotsuz təyyarəsi ola bilər və Aİ-nin“bir il duruş gətirməsi üçün"ən azı 3 milyon PUA-sı olmalıdır.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
50
azvision.az

10Mənbələr