AZ

Yekaterinburqda Azərbaycan diasporu ilə bağlı cinayət işi çərçivəsində daha bir nəfər həbs edilib

Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsi Şahin Lalayevin barəsində həbs qətimkan tədbiri seçib.

AZƏRTAC regional media orqanlarının məlumatına istinadla xəbər verir ki, onun həbs müddəti iyulun 19-dək uzadılıb. Vəkilin sözlərinə görə, Şahin Lalayev ittiham üzrə özünü təqsirsiz bilir. Müdafiə tərəfi daha yüngül qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb, amma məhkəmə onu təmin etməyib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Seçilən
11
7
xalqqazeti.az

8Mənbələr