AZ

"Neftçi"nin sabiq futbolçusu Qırğızıstan klubuna transfer oldu

Qırğızıstanın “Abdış-Ata” klubu azərbaycanlı futbolçu Mirabdulla Abbasovu transfer edib.

Operativ Media xəbər verir ki, bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mirabdulla Abbasov ötən mövsüm "Səbail"də çıxış edib. O, Premyer Liqada meydana çıxdığı 12 oyunda qol və ya məhsuldar ötürməylə yadda qalmayıb. "Neftçi"nin yetirməsi olan 30 yaşlı hücumçu "Sumqayıt"ın da formasını geyinib.

Seçilən
17
31
operativmedia.az

10Mənbələr