AZ

Rövlan Muradov: "Evdə və səfərdə bizi çətin oyun gözləyir"

"Zirə"dən təklif ani gəldi. Keçidim baş məşqçi Rəşad Sadıqovun istəyi ilə baş tutdu".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a "Zirə"nin yeni transferi Rövlan Muradov deyib.

O, yeni komandasının iddiasından danışıb: "Rəhbərliyə, məşqçilər korpusuna mənə inandıqları üçün təşəkkür edirəm. Qarşıda Konfrans Liqasında oyunumuz var. "Hayduk" güclü klubdur. Bizi istər evdə, istərsə də səfərdə çətin oyun gözləyir. "Zirə" oturuşmuş və balanslı komandadır. Klubun iddiası bəllidir. Növbəti mövsüm uğurlu olmağa çalışacayıq".

Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində "Qəbələ", "Slaviya B" və "Sumqayıt"da çıxış edib.

İdman.biz

Seçilən
5
11
idman.biz

10Mənbələr