AZ

Bu ölkə Azərbaycanla Rusiya arasında gərginlik yaradır - Kreml

Ukrayna Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq üçün hər cür cəhd göstərəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ukrayna indi vəziyyəti qızışdırmaq üçün əllərindən gələni edəcək. Bu, asanlıqla proqnozlaşdırıla bilən haldır,” – deyə Peskov bildirib.

Prezidentin mətbuat katibi vurğulayıb ki, Rusiya heç vaxt Azərbaycana hədə-qorxu gəlməyib. Onun sözlərinə görə, baş verənlərin ilkin səbəbi “istintaq hərəkətləri və o cümlədən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətin araşdırılması”dır.

Peskov əlavə edib ki, “Kiyev rejimi bu məlumatı hər cür şəkildə təhrif edərək Moskva ilə Bakı arasında gərginliyi daha da artırmağa çalışacaq”.

Seçilən
11
42
olke.az

10Mənbələr