AZ

“Microsoft” həkimlərdən də dəqiq işləyən süni intellekt təqdim edib

Bakı. Trend:

“Microsoft”, insan həkimlərindən 4 dəfə daha dəqiq nəticə verənyeni süni intellekt sistemini təqdim edib.

Trend xəbər verir ki, “MAI DiagnosticOrchestrator” (qısa adı: MAI-DxO) adlanan bu sistem tibbidiaqnostikada inqilabi dəyişiklik vəd edir.

Süni intellekt “OpenAI”, “Google”, “Meta” və digər şirkətlərinmodellərini birləşdirərək “birlikdə qərar” mexanizmi ilə işləyir.304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemindiaqnostik dəqiqliyi 80%-ə çatıb. Eyni hallarda həkimlərinnəticələri 20% səviyyəsində olub.

MAI-DxO yalnız təsvirə əsaslanan sahələrdə deyil, ümumi tibbidiaqnostikada da istifadə edilə bilər. Lakin mütəxəssislər sisteminklinik şəraitdə geniş sınaqlardan keçirilməsinin vacibliyinivurğulayırlar.

Qeyd edək ki, “Microsoft” texnologiyanı hələlik kommersiyayaçıxarmayıb, lakin gələcəkdə bu sistemin sağlamlıq məsləhətləri vəpeşəkar tibbi alətlərdə istifadəsi planlaşdırılır.

Seçilən
14
24
az.trend.az

10Mənbələr