İyulun 1-dən ölkədə yeni qanun qüvvəyə minib. Həmin qanuna əsasən, qohum evlilikləri ləğv olunub. Yəni əmi, dayı, xala, bibi uşaqlarının evlilikləri tarixə qovuşdu. Amma qohum evliliklərinin ləğvi toyda ifa olunan “Əmi qızı”, “Xalam qızı” tipli mahnıları da unutduracaqmı? Müğənniləri həmin mahnıları məclislərdə oxuyacaqmı?
"“Bu barədə heç nə deyə bilmərəm. Əgər sifariş verilərsə, oxumaq lazımdır".
Bunu "Yeni Sabah"a müğənni Tacir Şahmalıoğlu deyib. pizza hut
Onun sözlərinə görə, əgər həmin mahnılar sifariş verilərsə, oxumaq lazımdır:
"Həmin qanundaasözügedən mahnıların ləğv olunması ilə bağlı bir maddə yoxdur. Mahnılarda da hər hansı bir qəbahət görmürəm. Doğrudur, xalq mahnılarımız yanında bu ifaların hamısı cılızdır. Amma məsəl var, palaza bürün, ellə sürün. Bu gün xalqın tələbi odursa, oxumaq lazımdır. Bəlkə elə bir dövr gələcək ki, o mahnılara məhəl qoyulmayacaq".
İfaçı əlavə edib ki, “Əmi qızı”, “Xalam qızı” və s. digərləri ilə müqayisədə toya getməlidir:
“Elə mahnılar var ki, adam nifrət edir. Məsələn, “İyokio”, “Çini çaydan”, “Neçədə gəlim, neçədə mən” kimi mahnılarda nə söz uyğundur, nə musiqi. Həm də mənasızdırlar. Bu mahnılara baxanda, “Əmiqızı” şükürlüdür.
Sözün açığı, qohumlarla bağlı çox mahnı da bilmirəm. Lap başından bəri xalq mahnıları və insanların zövqünü oxşayan musiqilər ifa etmişəm. Amma yenə də əsas olan xalqın tələbidir. “Xalam qızı” oxu desələr, oxumağa məcburam. Elə müsiqilər də var ki, utandığından oxumaq da olmur. Qohuma aid mahnılar da yalnız qanunla ləğv edilərsə, yığışdırıla bilər. Yoxsa çətin ki, bu ifalar aradan qaldırılsın. Belə özbaşına necə yığışdırılsın. Əksinə, ondan da pis mahnılar çıxır”.
Tacir Şahmalı oğlu bildirdi ki, hamı yazır, hamı oxuyur. Bunun qarşısını almaq lazımdır:
“Özünüz də bilirsiniz ki, indi Azərbaycanda senzura yoxdur. Heç kimə deyilmir ki, bu mahnıların sözləri kimindir, bəstəkarı kimdir. Soruşan da yoxdur. Hamı yazır, hamı oxuyur. Bunun qarşısını almaq lazımdır. Mütləq şəkildə senzura olmalıdır. Bu mahnıları eşidəndə adam xəcalət çəkir. Bizim yaxşı şairlərimiz və bəstəkarlarımız var. Onlar irad bildirməlidir ki, bu nədir, nə biyabırçılıqdır. Əks halda, bütün bunların qarşısını almaq çətindir”.
Aydan Hacı
Telegram kanalımız