Bakı. Trend:
Bir şəxsin ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar vəinsan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraqqanunvericiliklə və klinik protokollarla tənzimlənir. Bu tənzimləməhəm donorun sağlamlığının qorunması, həm də verilən qankomponentlərinin keyfiyyətli olması məqsədi daşıyır.
Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlıyayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-terapevtiGünel Əliyeva bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatınaəsasən, qan donasiya intervalı kişilərdə hər 3 aydan bir olmaqlaildə 4 dəfə, qadınlarda isə 4 ay fasilə ilə ildə 3 dəfəolmalıdır:
“Bu fərq fizioloji səbəblərlə, xüsusilə qadınlarda aylıqmenstrual qan itkisi və ümumi hemoqlobin ehtiyatlarının fərqliliyiilə izah olunur. Plazma donasiyasına gəlincə, plazma donorları ildə12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı 2 həftəolmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geriverilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombositdonasiyasına isə ildə 10-12 dəfə icazə verilir”.
G.Əliyeva qeyd edib ki, müxtəlif ölkələrdə müvafiqqanunvericiliyinə əsasən müəyyən yaş həddi olsa da, əsas etibarilə18-65 yaş arası praktiki sağlam şəxslərdən qan götürülür:
“Çəkisi 50 kq və boyu 150 sm-dən artıq olan şəxslərindonorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qantəzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestiksorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180,qadınlarda 125-165 q/l) aparılır. Kriteriyalara uyğun şəxslər donorola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər vardır.Bunu donoru müayinə edən həkim müəyyən edir, donorluqdankənarlaşdırma və ya donorluğa icazəni də o müəyyən edir”.