AZ

Səyyar “ASAN xidmət” bölgələrdə

Bakı, 2 iyul, AZƏRTAC

Səyyar “ASAN xidmət” iyulun 1-30-da Hacıqabul, Gədəbəy, Oğuz, Qusar, Yardımlı, Tərtər, Göyçay, Zaqatala və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10-dan 17-dək fəaliyyət göstərəcək. Saat 13-dan 14-dək nahar fasiləsidir.

Qeyd edək ki, hazırda Gədəbəydə Səyyar “ASAN xidmət”in iş qrafiki saat 11-dan 17-dəkdir.

Seçilən
8
50
azertag.az

10Mənbələr