AZ

"Dialoqun davam etdirilməsi vacibdir" - Putin

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, hətta əhəmiyyətli fikir ayrılıqları olsa belə, xarici tərəfdaşlarla dialoqun davam etdirilməsi vacibdir.

 

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronla telefon danışığını şərh edərkən məlumat verib.

 

“Prezident hətta fikir ayrılıqları qarşılıqlı fəaliyyət üçün mümkün mövzuları kritik dərəcədə aşsa belə, dialoqa hazır olduğunu dəfələrlə təsdiqləyib. Belə dialoq zəruridir və bizim maraqlarımıza uyğundur”, – Kremlin sözçüsü vurğulayıb.

 

Fidan Hacızadə

Sfera.az

 

 

Seçilən
20
18
sfera.az

10Mənbələr