AZ

Gürcüstan parlamenti müxalif partiyanın deputatlarının mandatlarını ləğv edib

Bakı. Trend:

İyulun 2-də Gürcüstan parlamentinin növbədənkənar sessiyasındaQaxariyanın "Gürcüstan naminə” partiyasının deputatlarınınmandatlarına xitam verilib.

Trend xəbərverir ki, üzrlü səbəb olmadan iclaslara gəlmədiklərinə görəpartiyanın deputatları Giorgi Qaxariya, Teona Akubardia, AnnaBuçukuri, Levan Qoqiçaişvili, Zaza Tavadze, Beka Liluaşvili, NatiaMezvrişvili, Berdiya Siçinava, Kaxa Kemoklimitli, T.Kemoklimitli vəZviad Dzidziqurinin mandatları ləğv edilib.

Hazırda 150 deputatdan ibarət 11-ci çağırış parlament 89deputatla təmsil olunur. Ümumilikdə 11-ci çağırış parlamentdə 61deputatın mandatına xitam verilib.

Qeyd edək ki, digər müxalifət partiyalarından fərqli olaraq,Giorgi Qaxariyanın siyasi birliyi seçki siyahısını geri götürməyib.Bu o deməkdir ki, parlamentin gündəliyinə seçki siyahısında növbəti12 nəfərin səlahiyyətlərinin tanınması məsələsi daxil ediləcək.

Bundan başqa, “Gürcüstan naminə” partiyası qarşıdakı 6 ayərzində büdcədən maliyyə vəsaiti almayacaq.

Seçilən
17
5
az.trend.az

5Mənbələr