Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko 16 məhbusu əfv edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Belarusun BELTA agentliyi məlumat yayaraq, əfv fərmanının Müstəqillik Günü münasibətilə verildiyini qeyd edib.
Əfv olunanların səkkizi qadın, səkkizi kişidir. Onlardan ikisinin xroniki xəstəliyi var, biri isə əlildir. Bu adamların çoxu “ekstremist” maddələrlə məhkum edilmişdi.
Agentlik qeyd edib ki, əfv olunanların hamısı “törətdikləri əməllərdən peşman olublar və qanunu pozmamağa öhdəlik götürüblər”.
Bu, 2024-cü ilin iyunundan bəri Belarusda doqquzuncu əfvdir. Həmçinin mayın 9-da Lukaşenko “ekstremist” maddələrlə məhkum olunmuş 42 nəfəri əfv etmişdi.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.