ABŞ prezidenti D. Trampla V. Putin arasında telefon danışığında növbəti dəfə Ukrayna ilə bağlı razılıq əldə edilmədi. Halbuki, ABŞ prezidenti Rusiya ilə razılığa gəlmək və vasitəçi olmağa çalışıdı. Məhz Tramp Putinə zəng etməzdən iki gün əvvəl Ukraynaya hərbi yardımları dayandırdığını elan etmişdi. Bununla Putini atəşkəsə razı salacağına ümid edirdi. Amma, Rusiya prezidenti öz mövqeyində qalaraq, ümumi sözlərlə Trampı "yola vermiş" oldu.
Telefon danışığında Putin Trampın atəşkəs şərti ilə razılaşsaydı, Ukraynaya silah tədarükü qadağası qüvvədə qalacaqdı. Telefon danışığında Putin Ukrayna ilə bağlı "ilkin məqsədlərə"nail olana qədər hərbi əməliyyatları davam etdirəcəyini Trampın diqqətinə çatdırıb. Bununla Ukrayna ilə bağlı telefon diplomatiyası fiaskoya uğramış oldu. Putinin məqsədi Ukraynanı tam nəzarətə altına almaq, burada yeni hakimiyyət formalaşdırmaq və NATO-nu Şərqi Avropadan çıxarmaqdır. Yəni, Ukraynada qalib gəldikdən sonra, dayanmayaraq, Moldova və Şərqi Avropanı da nəzarətinə almağı hədəfləyir.
Artıq Tramp Putinlə telefon danışığından razı qalmadığını və Ukraynaya hərbi yardımları dayandırmadığını elan etdi. Hətta hərbi yardımları artıracağını vurğuladı. Sayca altıncı telefon danışığından sonra, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı diplomatik danışıqlarda fasilə veriləcək.
Artıq, ABŞ və Avropa dövlətləri Ukraynaya silah tədarükünü artırması gözlənilir. Bu ilin axırına kimi D. Tramp Ukrayna ilə bağlı müəyyən bir irəliləyişə nail olmağı hədəfləyir. Əgər, Ukraynaya hərbi yardımların artırılması qərarı verilibsə, hərbi təzyiqlərlə Rusiyanı danışıqlar masasında güzəştə məcbur edəcək. İrana qarşı hərbi təzyiqlər etməklə, eyni analoji addımı Ukrayna vasitəsilə Rusiyaya tətbiq etməsi istisna deyil.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info