AZ

Millimizin baş məşqçisi: “İkinci oyunda daha yaxşı çıxış etdik”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Belarus yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan sonra fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında toplanışı dəyərləndirib.

Baş məşqçinin fikrincə, komandamız ikinci matçı daha yaxşı keçirib: “İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar millimiz üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik. Fikrimcə, ikinci oyunda daha yaxşı çıxış etdik. Xüsusən də, birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək, ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq”.

Qeyd edək ki, Belarusda keçirilən oyunlarda meydan sahibləri müvafiq olaraq 3:0 və 2:0 hesablı qələbə qazanıb.

Seçilən
4
6
msport.az

9Mənbələr