AZ

"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla

"Çimərliklərdə suyun təmizliyinə, sanitariya qaydalarına və koli-indeksinin yoxlanmasına nəzarəti həmin çimərliyin kənarında lövbər salmış, oranı özəlləşdirmiş sahibkarlar etməlidir. Əgər çimərliklərə insanlar hansısa ödəniş qarşılığında buraxılırsa, deməli, onun təmizliyinə də cavabdehlik daşımaq lazımdır. Bunun üçün müvafiq orqanlarla müqavilə bağlayıb həmin yerin yoxlanmasını təmin etmək olar".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib:

Professor bildirib ki, dəniz sularında duzluluq çox olduğu üçün təhlükə azdır:

"Amma bununla yanaşı, müxtəlif heyvan qalıqlarının çürüməsindən, dənizə atılan tullantılardan, plastik materiallardan və s. su hövzələrini təmizləmək lazımdır. Çimərlik sahəsi daim təmizlənməlidir və bunun üçün mexanizmlər mövcuddur. 

Həmin ərazidə  su diblərinə diqqət yetirmək lazımdır. Çox adamın boğulması məhz yarıqlarda, çökəklərdə baş verir. Yəni, təhlükəsizlik parametrləri təkcə sanitar-gigiyenik faktorlar deyil. Xeyli texniki, coğrafi və s. faktorlar, amillər də var. Bizim çimərliklərimiz böyük hissəsi artıq özəlləşdirilib. 

Əgər özəlləşdirilibsə, həmin çimərlikdə bütün sanitar-gigiyenik qaydalar və digər təhlükəsizlik məsələləri qarşısında məhz həmin çimərliyi özəlləşdirən şirkətlər və şəxslər məsuliyyət daşımalıdırlar".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
50
demokrat.az

10Mənbələr