AZ

Qulu Məhərrəmli: "Rus dilinə tələbat dövrün çağırışına bağlı olaraq azalır"

"Azərbaycanda rusdilli məktəblərin bağlanması ilə bağlı xəbərlər əsasən saxta informasiyadır. Azərbaycanın təhsil strategiyasında isə dövrdən asılı olmaqla rus dilinin mövqeyi, işləklik dərəcəsinə uyğun olaraq müəyyənləşdirilir. Yaxın keçmişə qədər bizdə ingiliscə, fransızca təhsilə ehtiyac yox idi, ancaq hazırda  ehtiyac yaranıb. Çin ilə Azərbaycan arasında strateji münasibətlərlə bağlı Çin dilinə maraq artır. Bütün bunlar dövrün çağırışlarına cavab verən məsələlərdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib. 

O bildirib ki, Azərbaycanda rus məktəblərinin sayı kifayət qədər çoxdur və buna yanaşma birmənalı deyil: 

"Zaman-zaman bu məktəblərin sayı azala bilər. Dünənə qədər informasiya axını  rus dilində idi. İndi isə tələbat azalır və bu özünü məktəblərin sayında da biruzə verir. Tədricən azalmanın olması təbiidir və dövlətlərarası münasibətlərlə əlaqəsi yoxdur".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
30
40
demokrat.az

10Mənbələr