Bunu Demokrat.az-a açıqlamasında Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri Azər Xudiyev deyib.
O bildirib ki, bugün iki ölkə arasında cərəyan edən son proseslərdə çox ciddi bir səbəb olmasaydı, Azərbaycan belə kəskin və qətiyyətli reaksiya verməzdi:
Zənnimcə,şimal qonşumuzdan çox ciddi və fundamental şəkildə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı təhdidlər yaranıb. Hazırda mənfi məcrada yaranmış və olduqca dinamik şəkildə cərəyan edən hadisələri düzgün təhlil edib lazımı proqnoz vermək də çox çətindir. Çox güman ki, ABŞ, Böyük Britaniya və İsrail gedən proseslərə bu və digər şəkildə qatılmaq niyyətindədir.
Böyük ehtimal ilə bu üç dövlət və eləcə də qardaş Türkiyə, dost Pakistanla birlikdə Azərbaycan üçün müvafiq bir müdafiə alyansının yaradılmasını zəruri həsab edirlər. Bu halda, regionumuzun təhlükəsizlik sistemində ciddi və fundamental dəyişikliklər baş verəcəkdir. Bu paradiqma isə nə Rusiyanın, nə də ki İranın milli maraqlarına uyğundur.
“Azərbaycanlılara qarşı bugün Rusiyada aparılan şovinist və terror siyasəti, bütün fundamental prinsiplərə və beynəlxalq hüquqa ziddir.Kreml rejimi artıq anlamalıdır ki, artıq dövran və regionda mövcud olan geosiyasi reallıq dəyişibdir. Təəssüf ki, şovinist rejim heç cür bu rəallıqla barışmaq istəmir və bu da Rusiya imperiyasının sürətlə dağılmasına doğru aparır.
Təhlükəli durum isə informasiya savaşından diplomatik savaşa keçib, bu da öz növbəsində ciddi geosiyasi risklərə və təhdidlərə gətirib çıxara bilər. O da aydındır ki , Azərbaycan -Rusiya əlaqələri artıq heç vaxt əvvəlki münasibətlərdə olmayacaq. Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır və hansı nəticələrə getirib çıxaracağını təhlil etmək cətindir. Proses geridönməz xarakter alıb.Amma məsələ prinsipial olaraq Azərbaycanın dövlətçiliyindən və suverenliyindən gedir.
Bakı və İrəvan arasında sülh prosesinə də toxunan Azər Xudiyev qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizi ilə bağlı maraqlı fikirlər var:
“Zənnimcə, Paşinyan Ermənistanda məhz bu əhval-ruhiyyəni bütün gücüylə yaradaraq, ictimai rəyi formalaşdırır, əgər ermənilər Türkiyə və Azərbaycanın mövqeyinə yaxınlaşacaqsa, ruslar buna çox kəskin reaksiya verəcəklər.Digər tərəfdən, bəzi məqamlar İranın hansı tərəfdə olacağı ilə bağlıdır. Hansı mövqeni tutacaq, necə reaksiya verəcək? Çünki İranın da qırmızı xətləri məlumdur(Zəngəzur dəhlizinin açılmaması ).Bu paradiqma isə başqa bir qeyri-müəyyənliklər yaradacaq”.
Cavidan Mirzəzadə
Demokrat.az
10Mənbələr
-
demokrat.az"Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün abidələri bərpa edir" ( 18973780)
-
demokrat.azQulu Məhərrəmli: "Rus dilinə tələbat dövrün çağırışına bağlı olaraq azalır" ( 18896830)
-
demokrat.az"İnsanlar çimərlik üçün ödəniş edirsə, təmizliyə cavabdeh olmaq lazımdır" — Adil Qeybulla ( 18860932)
-
demokrat.az"Gəncləri hədə-qorxu ilə dini mərasimlərə cəlb etmək olmaz” — İlahiyyatçıdan AÇIQLAMA ( 18856327)
-
demokrat.azRauf Zeyni: "Azərbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynayır" ( 18854617)
-
hurriyyet.azEks-səfir: "Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır" ( 18835402)
-
manset.az"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır" - Sabiq səfir ( 18835027)
-
sfera.azEks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır" ( 18833113)
-
demokrat.azEks-səfir: "Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır" ( 18832183)
-
demokrat.azTürkiyənin Azərbaycandakı sabiq səfiri: "Şərlə dolu əllərinizi azərbaycanlı miqrantlardan çəkin" ( 18787621)