AZ

Rusiya istəyir ki, Azərbaycan da onlar kimi hərəkət etsin Elman Məmmədov

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Rusiyadan fərqli olaraq heç vaxt Rusiya kimi qeyri-millətlərə qarşı haqsız mövqedə olmayacaq. Onlar bizim vətəndaşlarımızdır, bizimlə sülh içərisində yaşayırlar".

Bu fikirləri Redaktor.az-a deputat Elman Məmmədov son günlər Rusiyada azərbaycanlılara qarşı təzyiqlərdən danışarkən bildirdi.

"Bəlkə də Rusiya istəyir ki, Azərbaycan da onlar kimi hərəkət etsin. Azərbaycanda yaşayan qeyri-millətlərə qarşı xoşagəlməz addımlar atılsın. Rusiya və qeyriləri bundan istifadə etsinlər. Ancaq Azərbaycan bunu etməyəcək. Rusiya bu gün də özünün SSRİ-dən əvvəlki çar Rusiyası dövründəki imperialist siyasətindən ayrıla bilmir. Necə ki, çar Rusiyası dövründə və ondan sonra SSRİ dövründə bu qeyri-millətlərə ikinci sort millətlər kimi yuxarıdan aşağı baxırdılar, bu gün də cənab Putin o siyasəti öz ətrafında olan komandası ilə davam etdirir. Bu münasibətdən, bu siyasətdən əl çəksələr, daha yaxşı olar", - deyə Elman Məmmədov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
32
redaktor.az

10Mənbələr