Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Seferihisar və Menderes, ManisanınAkhisar, Kula və Saruhanlı, eləcə də Bilecikin Vezirhanbölgələrindəki yanğınlar tamamilə, Hatayın Antakya və ManisanınAhmetli bölgələrindəki yanğınlar isə böyük ölçüdə nəzarət altınaalınıb.
Trend xəbərverir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahimYumaklı məlumat verib.
Bildirilib ki, iyunun 1-dən 16-dək Türkiyədə 203 meşə yanğınıbaş verib. Ayın ikinci yarısında isə havanın kəskin istiləşməsi iləəlaqədar bu göstərici 409-a çatıb.
Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin məlumatına görə,iyunun 1-dən 30-dək ölkə üzrə 1563 yanğın qeydə alınıb. Bunlardan612-si meşəlik ərazidə, 951-i kənd təsərrüfatı sahələrində başverib. Meşə yanğınlarının 499-u kənd təsərrüfatı ərazilərindənmeşələrə yayılıb.
Məlumatda Türkiyənin Egey bölgəsində yanğın təhlükəsi riskininyüksək olduğu bildirlib.
Qeyd edək ki, iyun ayında Türkiyənin bir çox bölgələrindəhavanın temperaturu 40 dərəcədən yüksək olub. Bu da yanğın riskiniartırıb.