AZ

Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışır

ABŞ Prezidenti Donald Tramp, Çinin dünyada artan təsirini zəiflətmək üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Protokolunun rəhbəri Monika Krouli “Pod Force One” podkastında bildirib.

 

“Prezident Tramp bir növ əks Nikson addımı atmağa və Rusiyadan Çinin artan təsirinə qarşı bir çəki kimi istifadə etmək üçün Moskva ilə əlaqə saxlamağa çalışır”, – deyə Krouli vurğulayıb.

 

O qeyd edib ki, Trampın bu strategiyası vaxtilə SSRİ-ni cilovlamaq üçün Çinlə münasibətlər quran ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun siyasətini xatırladır. Xatırladaq ki, Tramp bundan əvvəl bir sıra ölkələrə qarşı yeni ticarət şərtləri irəli sürəcəyini vəd etmişdi.

 

Fidan Hacızadə

Sfera.az

 

 

Seçilən
6
46
sfera.az

10Mənbələr