AZ

“Sabah” basketbol klubunun baş məşqçisi: Çempionlar Liqasındakı rəqiblərimizlə mübarizə apara bilərik

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 iyul, AZƏRTAC

Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmur, rəqibləri güclü və zəif deyə qruplara bölmürdük.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Çempionlar Liqasının müntəzəm mövsümünün püşkünü dəyərləndirərkən deyib.

Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və III təsnifat mərhələsinin qalibi ilə qarşılaşacaq.

Litvalı mütəxəssis bu komandalarla mübarizə apara biləcəklərini söyləyib: “Alba Berlin” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə turniri qazanmağa favorit komandalardan biridir. “Nimburk”a gəlincə, bu komanda daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm çempionlar liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, çempionlar liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
7
azertag.az

10Mənbələr