AZ

"Bu komandalarla mübarizə apara bilərik" - püşk Kurtinaytisi qorxutmadı

İyulun 2-də kişi basketbol arasında Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri bəlli olub. Rimas Kurtinaytisin çalışdırdığı komanda B qrupunda mübarizə aparacaq. "Sabah"ın rəqibləri “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi olacaq. Müntəzəm çempionata oktyabrın 7-də start veriləcək.

"Football-plus.az" xəbər verir ki, Kurtinaytis klub saytına açıqlamasında püşkü belə dəyərləndirib:
“Püşkatma ilə bağlı hansısa illüziyalar qurmurduq. Püşkatmadan öncə rəqibləri güclülərə və zəiflərə bölmürdük. Rəqiblərimizdən “Alba” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub, səviyyəsi bəllidi. Məncə, turniri qazanmağa iddialı komandalardan biridi. “Nimburk” daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadı. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdu. Rəqabətədavamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.
Seçilən
6
7
football-plus.az

10Mənbələr