AZ

Məşhur aktyor vəfat etdi

Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialında "Cevat Akarsu" obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

 

Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib. 

 

Karikutal paylaşımında bunları yazıb:

 

"Menecerliğini yaptığım değerli oyuncu Şekip Taşpınar'ı sabah saatlerinde kaybetmenin üzüntüsünü derinden yaşıyorum. Çok şey paylaştık. Mekanın cennet olsun ağabey..." 

 

Şekip Taşpınar 10 Fevral 1969-cu ildə Ankarada anadan olub, Hacettepe Universiteti Dövlət Konservatoriyasını bitirib. O, 1988-ci ildən bəri teatr və televiziya səhnələrində yer alıb. "Kurtlar Vadisi Pusu" serialındakı rolundan sonra şöhrət qazanıb.

 

2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.

 

O, 56 yaşında dünyasını dəyişib.

Seçilən
3
42
sfera.az

10Mənbələr