AZ

Dünya Bankı Bakının davamlı inkişaf layihəsinin hazırlanması üçün 2 milyon dollar ayırıb

Dünya Bankı Azərbaycan hökumətinə Bakıda şəhər mühitinin keyfiyyətinin, təbii fəlakətlərə davamlılığın və infrastrukturun iqlim risklərinə qarşı dayanıqlılığının yaxşılaşdırılması üzrə "Livable Baku" layihəsinin hazırlanması üçün 2 milyon ABŞ dollarına qədər qrant ayırıb.

 Dünya Bankı xəbər verir ki, vəsait Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının struktur bölməsi) xətti ilə təqdim edilib.

Qrant texniki-iqtisadi əsaslandırmanın hazırlanması, çirklənmiş təbii göllərin rekultivasiyası üzrə tədqiqat, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, bərk tullantıların idarə edilməsi obyektlərinin (poliqonlar, tullantıların daşınma stansiyaları) layihələndirilməsi üçün təqdim edilir.

Layihəyə hazırlıq çərçivəsində, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.

Qrant konsaltinq, təlim, əməliyyat xərclərini əhatə edir və vergilər də daxil olmaqla xərclərin 100 %-nin maliyyələşdirilməsini nəzərdə tutur.

Texniki yardımın müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. Layihənin icraçısı Azərbaycanın İqtisadiyyat Nazirliyidir.

Seçilən
5
9
banco.az

10Mənbələr