Portuqaliyanın "Porto" klubunun qapıçısı Dioqa Koşta "Mançester Siti"nin maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola braziliyalı qolkiper Edersonun çıxışından narazıdır və komandada yeni qapıçı görmək istəyir.
"Siti" Koştanı heyətinə qatmağı planlaşdırır. Futbolçunun müqaviləsində 75 milyon avroluq sərbəstqalma bəndi var.
Qeyd edək ki, ötən mövsüm Koşta 43 matçda meydana çıxıb, onların 19-da qapısını toxunulmaz saxlayıb, ümumilikdə 45 qol buraxıb.