AZ

XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib.

Məlumatda qeyd olunub ki, Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb:

“Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
missiya.az

10Mənbələr