AZ

“Rusiya ilə ticarət zəifləyərsə, Azərbaycan alternativ tapmağa qadirdir” – EKSPERTDƏN AÇIQLAMA

İqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Ajans.az-a açıqlama verib.  O bildirib ki, ölkəmiz müstəqillik  qazandıqdan sonra Rusiya ilə ticarət əlaqələrini daha da artırmağa meyillidir. Rusiyadan Azərbaycana əsasən buğda idxal olunur. Gərginlik artarsa, buğda idxalında azalmalar gözləniləndir. Lakin təhlükə sayıla bilməz. Çünki ölkədə ehtiyat buğda rezervləri mövcuddur.  Ekspert söyləyib ki, buğda ticarəti üzrə Azərbaycan Qazaxıstan və bir sıra ölkələr ilə əlaqələr qurur. İkinci yerdə ticarət sahəsi kimi kənd təsərrüfatı dayanır. Biz Rusiyaya yerli kənd təsərrüfatı məhsullarından bəziləri ixrac edilir.  İki ölkə arasında gərginlik artarsa, bu ticarətdə bürokratiyaya səbəb ola bilər.  Ekspertin sözlərinə görə, Rusiya ticarəti zəiflətməklə maraqlı deyil. Bu onun üçün səhv addım ola bilər. Çünki hansısa meyvə-tərəvəzin, yağ məhsullarının idxalı dayanarsa, Azərbaycan alternativ yollar tapa bilər. Rusiya məhsulları nadir ölkələr tərəfindən alınır. Onlardan biri də Azərbaycandır. 

“Bu gün Rusiyada xeyli Azərbaycan vətəndaşı yaşayır. Onların çoxu da Rusiya iqtisadiyyatına müsbət təkanlar verirlər. Hesab edirəm ki, gərginlik çox uzun olmaz. Ən əsası isə ticarət əlaqələrində Azərbaycan üçün heç bir problem yarana bilməz”-deyə, Emin Qəribli vurğulayıb.

Seçilən
4
50
Ajans.az

10Mənbələr