Bakı. Trend:
Bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixindəəlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə,qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.
Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham ƏliyevÖzbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz həm ikitərəfligörüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfliqarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik,münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir dahatəsdiqlədik. Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyətihaqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrinmünasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq ikiildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəalqarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çoxsahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk”.