AZ

Heydərov rəisi işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, daxili xidmət polkovniki Quliyev Elçin Qoşun oğlu vəzifəsindən işdən çıxarılıb. Onun yerinə Qənbərov Elnur Vidadi oğlu təyin edilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, polkovnik Elçin Quliyev 2019-cu ilin iyul ayının 30-dan Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.

Xəbər 4 dəfə oxunub.
Seçilən
3
32
xezernews.az

10Mənbələr