AZ

"Nissan"444 minə yaxın avtomobilini geri çağırır

Yaponiyanın "Nissan Motor" şirkəti ABŞ-də mühərrik qüsuru səbəbindən 443 899 avtomobilini geri çağırır.

Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, 444 minə yaxın avtomobil mühərrik komponentlərindəki nasazlığa görə geri çağırılır.

Belə ki, "Nissan" bəzi komponentlərdə mühərrikin zədələnməsinə və ya tam sıradan çıxmasına səbəb ola biləcək potensial istehsal qüsuru aşkar edib və bu, qəza riskini artırır.(iqtisadiyyat)

Seçilən
21
36
avtosfer.az

10Mənbələr