AZ

"El-Klasiko"ların vaxtı açıqlandı

2025/26 mövsümündə İspaniya La Liqasında "Real Madrid" və "Barselona" komandaları arasında keçiriləcək oyunların tarixləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, ilk "El-Klasiko" oktyabrın 26-na təsadüf edəcək.

Həmin gün X tur matçı Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq.

İkinci görüş isə 2026-cı il mayın 10-da XXXV turda gerçəkləşəcək. Bu dəfə komandalar "Kamp Nou"da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2024/25 mövsümündə "Barselona" "Real Madrid"i La Liqadakı hər iki matçda məğlubiyyətə uğradıb - 4:0, 4:3. Yekunda Kataloniya komandası çempion, paytaxt təmsilçisi vitse-çempion olub.

Seçilən
31
45
unikal.az

10Mənbələr