ain.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngilis qadın tək qayıqla Atlantik okeanı boyunca 7000 km qət edərək üç rekorda imza atıb
Britaniyalı qadın Zara Lachlan Avropadan Cənubi Amerikaya tək qayıqla qayıqla Atlantik okeanı boyunca 7000 km qət edən tarixdə ən gənc insan olub, UPI xəbər verir. Bunun üçün o, Ginnesin Rekordlar Kitabının üç nominasiyasına daxil edilib.
21 yaşlı Lachlan öz qayığı ilə Portuqaliyanın Laqos şəhərindən yola düşərək 97 gün 10 saat 20 dəqiqəyə Fransa Qvianasının paytaxtı Kayenne sahillərinə çatıb. Beləliklə, o, Atlantik okeanını qitədən qitəyə avarçəkən ilk qadın, eləcə də təkbaşına avarçəkən ən gənc idmançı və ən gənc insan oldu.
Səyahət zamanı Zara gündə ən azı 17 saat avar çəkdi və hər dəfə 90 dəqiqədən çox olmayaraq istirahət edib. Çətin şərtlərə baxmayaraq, o, sınaqdan əvvəl daha çox qorxu gözlədiyini söylədi.
"Bu, hər kəs üçün deyil, amma mən gəncəm və bilirdim ki, buna nail olacağam " deyə Zara bildirib.
Əziz Mustafa, Oxuməni.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.