AZ

Beynəlxalq Atom Enerjisi Agentliyi İrandan izahat tələb edib

Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın agentliklə əməkdaşlığı dayandırması haqda KİV-də məlumatların yayılmasından sonra İran hökumətindən bu məsələ ilə bağlı daha çox informasiya əldə edəcəyinə ümid edir.

Olaylar xəbər verir ki, bu barədə agentliyin adı açıqlanmayan nümayəndəsi CNN telekanalına açıqlama verib.

"Bizim bu məlumatlardan xəbərimiz var. BAEA İrandan rəsmi informasiya gözləyir", - deyə agentliyin rəsmisi bildirib.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Tehranın BAEA ilə əməkdaşlığının dayandırılması haqda qanunu imzalayıb. İyunun sonunda qəbul olunmuş qanun müəyyən şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə BAEA müfəttişlərinin İrana girişinə qadağanı nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
22
olaylar.az

10Mənbələr