AZ

"Türk dünyası olaraq daha da güclənmək üçün gələcəyə əmin addımlarla irəliləməliyik" — Ersin Tatar

"Azərbaycan Texniki Universiteti tərəfindən fəxri doktor diplomuna layiq görülməyim mənim üçün qürurdur. Bu, Kiprlə Azərbaycan arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Bunu Oxu.Az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

O, buna görə Azərbaycan Respublikasına təşəkkür edib:

"Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında həm mədəni, həm turizm, həm təhsil, həm kənd təsərrüfatı sahəsində münasibətlər gələcəkdə də inkişaf edəcək. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri, eləcə də bizim də eyni münasibətdə olmağımız aramızdakı bağları daha da gücləndirib. Nəticədə münasibətlərimiz bir millət - üç dövlət səviyyəsinə yüksəlib".

Seçilən
17
50
demokrat.az

10Mənbələr